Tikinti Maşınları
İnşaat layihələrinizdə yüksək performanslı texnika ilə işlərinizi sürətləndirin. Avtokranlar, buldozerlər və greyderlər kimi müxtəlif tikinti maşınlarımızla layihələrinizi vaxtında və keyfiyyətlə tamamlayın.
Ağır və xüsusi texnikaların icarəsi və satışı
“Sarı Makina” MMC 2020 ci ildə təchiz edilərək fəaliyyətə başlamış, qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olmuşdur. Yolların və binaların tikintisi, habelə infrastruktur layihələrinin həyata keçirilməsi üçün hər növ texnikanın icarə və satışını təklif edir.
Qarabağ bölgəsində yenidən qurulma işləri ilə bağlı bir çox layihələrdə iştirak etmişdir və iştirak etməyə davam etməkdədir.
Əsas məqsədlərimizdən biri ölkəmizdə fəaliyyət göstərmiş olduğumuz sahənin inkişafını təmin etməkdir. Bu məqsədə nail olmaq üçün, dünyanın qabaqcıl şirkətlərini diqqətə alaraq informasiya texnologiyaları xidmətlərimiz və yaranmış problemləri çox qısa vaxt ərzində həll etmə bacarığımız formalaşmışdır. Müəssəmizin əsas olaraq dəyər verdiyi məqsədləri, daxilimizdə səmərəliliyi artırmaq, iştirak etdiyimiz hər bir layihədə yeniliklərdən istifadə etmək, infrastruktur sistemlərimizin fövqəladə hal zamanında belə fasiləsiz işləyəcək səviyyədə saxlanılması və biznes proseslərinin inkişafına tövhə verməkdir.
İnşaat layihələrinizdə yüksək performanslı texnika ilə işlərinizi sürətləndirin. Avtokranlar, buldozerlər və greyderlər kimi müxtəlif tikinti maşınlarımızla layihələrinizi vaxtında və keyfiyyətlə tamamlayın.
Ən müasir texnika ilə torpaq işlərini asanlaşdırın və sənaye proseslərini optimallaşdırın. Vibrasiyalı torpaq vərdənəsi, frontal yükləyici və tırtırlı ekskavatorlarımızla işinizi yüksək səviyyədə yerinə yetirin.
İri həcmli su və yanacaq daşınması üçün müasir və təhlükəsiz tanker icarəsi. Su və yanacaq tankerlerimizlə maye daşınmasını effektiv və rahat şəkildə həyata keçirin. Hər növ layihə üçün uyğundur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun birinci tunelinin açılışını “Sarı Makina” MMC-yə məxsus CAT 330 GC ekskavatoru ilə həyata keçirmişdir.

































